Ana bətnindəki uşağın səsi albom oldu - Dünyada ilk dəfə - Video

Ana bətnindəki uşağın səsi albom oldu - Dünyada ilk dəfə - Video
4 fevral 2021
# 18:42

Amerikada Luka Yupanqui adlı uşaq, bətndəki səslərindən ibarət dünyanın ilk albomunu yayımlamağa hazırlaşır.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, psixo-rok qrupu “Psychic Ills” in üzvləri olan Elizabet Hart və İvan Diaz Matenin qızı qeyri-adi bir albom yayımlamağa hazırlaşır.

Luka adlı uşağın ana bətnində çıxartdığı səslərdən ibarət olan “Sounds of Womb” adı verilən albom biosonik MİDİ texnalogiyasından istifadə olunaraq qeydə alınıb. Bu səbəblə də sözügedən albom dünyada ilk olma xüsusiyyətinə sahib olub.

Aşağıdakı linkdə albomun çıxış mahnısını dinləyə bilərsiniz.

# 1851 dəfə oxunub

Müəllifin son yazıları

# # #