Fətəli Xan Xoyskinin nəticəsi yalançı çıxdı - Video

Fətəli Xan Xoyskinin nəticəsi yalançı çıxdı - Video
1 iyul 2021
# 12:39

28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edən Mariya xan Xoyskayanın həqiqi Xoyski şərəcəsi ilə əlaqəsi olmadığı üzə çıxıb.

Kulis.az xəbər verir ki, bununla bağlı Mariyanın atalığı Azad xan Xoyski AzTV-yə müsahibə verib. Fətəli xanın nəvəsi olan Azad bəy sənədlərlə birgə televiziyaya gələrək özünün Mariyanın atası yox, atalığı olduğunu diqqətə çatdırıb:

“Mənim yoldaşım 1998-ci ildə rəhmətə getdi. Mariyanın anası ilə də o ildə tanış oldum. Biz ailə quranda Mariya vardı, altıncı sinifdə oxuyurdu. Mən onu qızlığa götürdüm. Hazırda İsveçdə yaşayan Mariya xan Xoyskaya mənim qızlığımdır”.

Mariya xan Xoyskayanın təbrik videosu və Azad xan Xoyskinin video-müsahibəsini təqdim edirik:

# 2581 dəfə oxunub

Müəllifin son yazıları

# # #