Firəngiz Mütəllimova Şuşaya niyə gedə bilmir?- Açıqlama

Firəngiz Mütəllimova Şuşaya niyə gedə bilmir?- Açıqlama
19 fevral 2021
# 10:45

“Şuşadan çıxıb gələndə anam, atam, bir sözlə hər kəs, hər şey yerində idi indi mənə çox çətindir”

Kulis.az xəbər verir ki, bu sözləri Xalq artisti Firəngiz Mütəllimova Moderator-a müsahibəsində deyib. Qarabağın azad olunması ilə bağlı hisslərini bölüşən Xalq artisti Şuşaya niyə getməməsinin səbəbini açıqlayıb:

“Son vaxtlar mənə bu sualı çox ünvanlayırlar ki, sizi niyə Şuşaya aparmırlar? Mən iki dəfə dəvət olunmuşam. Siz indi fikirləşin, iki dəfə ağır əməliyyat olunmuşam və Şuşadan çıxıb gələndə anam, atam, bir sözlə hər kəs, hər şey yerində idi. İndi mənə çox çətindir, çox ağırdır. Əsas ürəyimdə o sevinc hissim var ki, Şuşa azaddır. Gec-tez gedəcəm. İnşallah yəqin ki, yazda mütləq gedəcəm. Digər insanlar məndən yəqin ki, inciməz, çünki mənim hisslərim tam başqadır. Şuşanın o müqəddəs torpağına necə ayaq basacam, nə hisslər yaşayacam? Bilmirəm, bəlkə qışqıracam? Bəlkə ağlayacam? Bəlkə səsim tutulacaq? Bəlkə nəfəsim kəsiləcək? Bilmirəm. O anı necə yaşayacağım hər dəfə yadıma düşəndə bədənimdən bir gizilti keçir. Ən əsası budur ki, Qarabağ bizdədir!”

Bir çox dünya ölkələrini gəzmişəm, Azərbaycanımızın rayonlarında olmuşam, amma Şuşanın iyi mənim üçün təkrarolunmazdır. Mən çox böyük arzularla, ümidlərlə, çox böyük zövqlə sənə yenidən Şuşada müsahibə verməyə hazıram. Allahdan bir dənə can sağlığı istəyirəm. Bütün bizi sevənlərə, sevməyənlərə, bir sözlə hər kəsə. İnsanın canı sağ olanda hər şey gözəl olur. Heç kimi Allah canı ilə imtahana çəkməsin.”

# 3899 dəfə oxunub

Müəllifin son yazıları

# # #