Elməddindən "Facebook"la bağlı gözlənilməz açıqlama: "Saxtakarlıq etməsinlər"

Elməddindən "Facebook"la bağlı gözlənilməz açıqlama: "Saxtakarlıq etməsinlər"
16 yanvar 2020
# 16:59

Tanınmış komediya aktyoru Elməddin Cəfərof sosial şəbəkələrdə onun adından açılmış saxta hesablardan narahatdır.

Bu barədə Kulis.az-a danışan Elməddin Cəfərov bildirib ki, "facebook", "instagram" və digər sosial şəbəkələrdə açılan hesabların ona aidiyyəti yoxdur.

“Mən dəfələrlə müsahibələrimdə, televiziya proqramlarımda bu barədə münasibət bildirmişəm. Mənim heç bir sosial şəbəkədə hesabım yoxdur. Sosial şəbəkələrdən tamamilə uzaq insanam. Mənim adımdan açılan hesablardan dostlarım vasitəsi ilə xəbər tutmuşam. Bu hesabları yaradan şəxslərdən xahiş edirəm ki, saxtakarlıq edərək insanları çaşdırmasınlar".

# 1815 dəfə oxunub

Müəllifin son yazıları

# # #