Dünya şöhrətli müğənninin yeni albomu çıxır

Dünya şöhrətli müğənninin yeni albomu çıxır
13 sentyabr 2021
# 18:03

Tanınmış bluz-rok ifaçısı Erik Klaptonun “The Lady In The Balcony: Lockdown sessions” adlı yeni albomu noyabrın 12-də işıq üzü görəcək.

Albomda Klaptonun qrup yoldaşları Natan İst (bass gitara-vokal), Stiv Qədd (zərb alətləri) və Kris Steynton (klaviş) çıxış edirlər. Albomun prodüseri Rass Titelmandır.

Seanslar CD və DVD şəklində, audioversiyası isə sarı vinil üzlüklü 2lp formatında yayımlanacaq.

# 1516 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #