Bakıda kitab bağışlama günü qeyd edilib

Bakıda kitab bağışlama günü qeyd edilib
14 fevral 2018
# 17:01

Nəsimi rayonundakı 35 nömrəli tam orta məktəbdə 14 fevral - Beynəlxalq kitab bağışlama gününə həsr olunmuş “Hərəyə bir kitab” adlı tədbir keçirilib.

Tədbir F.Köçərli adına Respublika Uşaq Kitabxanası və 5 nömrəli Uşaq- Gənclər İnkişaf Mərkəzi ilə birgə reallaşdırılıb.

Bildirilib ki, tədbirin məqsədi gənc nəslə mədəni xidmət göstərmək və kiçik yaşlı oxuculara kitab bağışlamaqla onlarda kitaba və mütaliəyə olan məhəbbəti artırmaqdan ibarətdir.

Bu günün tarixi barədə məlumat verən natiqlər deyiblər ki, 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib.

Tədbirdə uşaq yazıçıları Gülzar İbrahimova, Qəşəm İsabəyli və başqaları uşaqlarla görüşərək onlara öz kitablarını hədiyyə ediblər. /azertag.az/

# 1424 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #