Dahi bəstəkar haqqında sensasiyalı açıqlama

Dahi bəstəkar haqqında sensasiyalı açıqlama
7 fevral 2020
# 10:30

Musiqi tarixçisi Teodor Albrext əfsanəvi bəstəkar Lüdviq van Bethovenlə bağlı sensasiyalı açıqlama verib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, tarixçi Bethovenin eşitmə probleminin olmadığını iddia edib. Bethoven tədqiqatçısı olan Teodor musiqiçinin dostları ilə söhbətlərinin qeyd olunduğu dəftərləri oxuduğunu, dahi bəstəkarın ölənə qədər sol qulağının eşitməsi ilə bağlı ondan çox fakt əldə etdiyini deyib.

Faktlardan birində kar olduğu deyilən Bethovenin 9 nömrəli simfoniyasının premyerası zamanı musiqidən həzz aldığı qeyd olunur.

Qeyd edək ki, bəstəkarın 1801-ci ildə eşitmə problemləri yaşamağa başladığı və 1817-ci ildə kar olduğu deyilirdi.

# 1902 dəfə oxunub

Müəllifin son yazıları

# # #