Bayden haqqında serial çəkilir

Bayden haqqında serial çəkilir
27 avqust 2024
# 15:44

ABŞ prezidenti Co Boydendən bəhs edən “Əlvida” komediya serialının çəkilişlərinə başlanılıb.

Kulis.az xəbər verir ki, serialda Baydeni Dmitri Dyujev canlandıracaq.

Serialda Bayden rus ruhunu anlamaq üçün Rusiyaya gedir və elə ilk gündən sənədlərini itirir. Bu səbəbdən prezident adi bir evdə yaşamağa, ingilis dili müəllimi işləməyə məcbur olur.

Ancaq eyni zamanda gülməli bir hadisə baş verir - MKİ agentləri Baydeni geri qaytarmaq üçün Rusiyaya uçur və onu yox, prezidentə oxşayan rus təqaüdçüsü İvanoviçi tapırlar.

Ülvi Bahadır

# 251 dəfə oxunub

Müəllifin son yazıları

# # #