Ceki Çan koronavirusa yoluxdu? - Açıqlama

Ceki Çan koronavirusa yoluxdu? - Açıqlama
25 fevral 2020
# 17:47

Honk Konq məşhur aktyor Ceki Çan koronavirusa yoluxduğu üçün karantinə alınması xəbərini təkzib edib.

Kulis.az xəbər verir ki, Asiya mediasında məşhur aktyor Ceki Çanın koronavirusa yoluxduğu ilə bağlı xəbərlər dərc olunub. Məlumata görə, 65 yaşlı aktyorun olduğu tədbirdə qonaqların birində koronavirus aşkar edilib. Bildirilib ki, aktyor və həyat yoldaşı tədbirdən sonra karantinə alınıb. Lakin Honq Konqun səlahiyyətli şəxsləri bu xəbərlərlə bağlı açıqlama verərək, Ceki Çanın koronavirusa yoluxması ilə bağlı yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib.

Xatırladaq ki, 65 yaşlı aktyor bu günlərdə koronavirusa qarşı təsirli peyvənd kəşf edən həkimə 142 min dollar mükafat verəcəyini açıqlamışdı.

# 2648 dəfə oxunub

Müəllifin son yazıları

# # #