Berlin Film Festivalının əsas proqramı təqdim edildi

Berlin Film Festivalının əsas proqramı təqdim edildi
12 fevral 2021
# 11:44

Berlin Film Festivalının təşkilatçıları bu il koronavirus pandemiyası səbəbi ilə yeni formatda keçiriləcək əsas nümayiş müsabiqəsinin proqramını təqdim ediblər.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, ümumilikdə “Berlinle-2021” də 16 ölkədən 15 film əsas mükafatlar uğrunda mübarizə aparacaq. Bunların arasında “Fabian və ya köpəklərin önündə gəzinti”, “Giriş”, “Ağ inəyin balladası”, “Albatros”, “Səni hər yerdə görürəm”, “Qonşuluqda”, “Biz göyə baxdığımızda nə görürük” və başqaları yer alıb.

Mövcud məhdudiyyətlər səbəbindən müsabiqə filmləri yalnız onlayn olaraq nümayəndəliklər və mətbuat nümayəndələrinə nümayiş olunacaq.

Festival rəsmilər bu il Berlin Film Festivalının iki mərhələdə keçiriləcəyini də qeyd ediblər. Martın 1-dən 5-dək baş tutacaq ilk mərhələdə onlayn filmlər nümayiş olunacaq. İkinci mərhələ iyunun 9-dan 20-dək baş tutacaq. Burada geniş ictimaiyyət üçün açıq nümayişlər keçiriləcəkdir.

# 1715 dəfə oxunub

Müəllifin son yazıları

# # #