Bülbülün Şuşadakı ev muzeyinin bərpası ilə bağlı layihə hazırdır.
Kulis.az xəbər verir ki, bu barədə APA-nın Moskva müxbirinə müsahibəsində Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bildirib.
O, Bülbülün evinin bərpa layihəsinin artıq hazır olduğunu qeyd edib: “Hər bir xırda detalına kimi layihə hazırlanıb. Prezidentin tapşırığına əsasən, bu layihə artıq hazırdır. İndi bu layihənin razılaşdırılması prosesi gedir. Daha sonra biz işə başlayacağıq. İnanıram ki, çox qısa zamanda Bülbülün evi, daha doğrusu ev muzeyi bərpa olunacaq və muzey kimi fəaliyyətə başlayacaq. Bu il ərzində bərpa işlərini tamamlayacağıq”.
Bülbülün ev muzeyinin layihəsinin eskizlərini təqdim edirik: