Boğulan musiqiçini dənizdən çıxaran qazi: “Çox dərində idi”

Boğulan musiqiçini dənizdən çıxaran qazi: “Çox dərində idi”
4 sentyabr 2021
# 11:01

“Ailəvi dəniz kənarında idik. İstirahət edirdik. Birdən dənizdə kiminsə batdığını dedilər.”

Bu sözləri iki gün öncə dənizdə batan klarnet ifaçısı Məmmədbağır Misiroğlunu xilas etməyə çalışan qazi Vüsal Qurbanlı söyləyib. O, daha sonra əlavə edib:

“Hər kəs qıraqdan baxır, qışqırırdı. Elə bildim, yenə müharibədəyəm. Kimisə xilas etmək lazımdır. Gözüm heç nəyi görmürdü. İnsanları yararaq dənizə girdim. Batan adam çox dərində idi. Həyatım üçün də təhlükə var idi. Həm də mən döyüşdə yaralanmışam axı. Suya dalıb, batan adamı qurtarmaq istədim. Mən ona çatanda artıq dünyasını dəyişmişdi. Onu təkbaşına, çətinliklə sahilə çıxardım. Su dizlərimə çatanda taqətdən düşmüş şəkildə dizi üstə oturdum. Bir dəstə adam Məmmədbağırı məndən alıb sahilə çıxardı. Özümü cəmləyib, onu ayıltmaq istəyirdim. Dayanmadan ilkin yardım göstərdim. 30 dəqiqədən çox ürək masajı etdim, amma ayılmadı. Mən müharibədə çox igidin necə can verdiyini görmüşəm. Can yoldaşlarımı itirmişəm. Qolum üstündə dünyadan köçən o qədər oğlanlar olub ki... Düşünürdüm, bu qollarda bir daha heç kim dünyadan köçməyəcək. Kimsə bu qollarda ölməyəcək. Amma qədər belə imiş".

# 3685 dəfə oxunub

Müəllifin son yazıları

# # #