“İçərişəhərin həyatı” - Fotomüsabiqə

“İçərişəhərin həyatı” - Fotomüsabiqə
21 avqust 2023
# 15:51

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Fotoqrafları Birliyinin birgə təşkilatçılığı ilə Dünya Fotoqrafiya Günü münasibətilə foto müsabiqəyə start verilib.



Kulis.az xəbər verir ki, iştirakçılar fotoqraf və mobilqraf olmaqla 2 kateqoriya üzrə müsabiqəyə qatıla bilərlər.

“İçərişəhərin həyatı” mövzusuna uyğun olaraq 2 ədəd fotoşəkil 10 sentyabr 2023-cü il saat 18:00 qədər qeydiyyat anketi ilə birgə [email protected]. ünvanına göndərilməlidir.

Şərtlər və qaydalar haqda əlavə məlumatı //icherisheher.gov.az/az/news/584 saytından əldə etmək olar.

Müsabiqə ilə bağlı əlavə sualları İçərişəhər Qoruq İdarəsinin sosial media kanallarından ünvanlamaq olar.

# 1135 dəfə oxunub

Müəllifin son yazıları

# # #