Bakıda erməni kitabları satışa çıxarıldı

Bakıda erməni kitabları satışa çıxarıldı
11 mart 2024
# 18:00

Bakı, Bəşir Səfəroğlu 191 ünvanda küçədə olan kitab rəfinə Ermənistan haqqında kitablar qoyublar.

Kulis.az xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev sosial şəbəkə hesabında qeyd edib.

“Ermənistanda insan haqları, Ermənistanda azadlıq və sairə barədə kitablardır. Bu kitabların ölkəmizə necə gəlməsi və o rəfə necə qoyulmasını, bunu edəni tapmaq üçün sadəcə ətrafda olan kameralara baxmaq kifayətdir. Kadrlar Tiktokda paylaşılıb. Bu şəxsi mütləq tapmaq lazımdır, ölkəmizə düşmən dövlətin kitablarını gətirən çox təhlükəli adamdır. Bəlkə də elə içimizdən olan xainlərdəndir”.

Qeyd edək ki, kitabların ölkəmizə kim tərəfindən və nə üçün gətirildiyi məlum deyil.

# 724 dəfə oxunub

Müəllifin son yazıları

# # #