Bakı Uşaq Teatrı Nizami ilinə festival həsr etdi

Bakı Uşaq Teatrı Nizami ilinə festival həsr etdi
23 fevral 2021
# 16:32

Bakı Uşaq və Gənclər Teatrı "Sözün nizamı" adlı festival keçirir.

Bakı Uşaq və Gənclər Teatrdan Kulis.az-a verilən məlumata görə, "Bir teatr, bir festival" layihəsi çərçivəsində keçirilən festival görkəmli şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub.

Festivalda Bakı Uşaq və Gənclər Teatrının aktyorları Nizami poeziyasından nümunələrlə çıxış edəcək. Aktyorlar tərəfindən təqdim olunan materiallar mart ayının 3-ü 2021-ci il tarixə qədər video şəklində çəkilib Bakı Uşaq və Gənclər Teatrının youtube kanalında yerləşdiriləcək. Bədii qiraət festivalının nəticələri onlayn səsverməyə uyğun dəyərləndirilməsi planlaşdırılır.

Festivala Milli Teatr Günündə yekun vurulması nəzərdə tutulub.

# 1161 dəfə oxunub

Müəllifin son yazıları

# # #