Azərbaycanda elm və ədəbiyyat adamlarının yeni çap olunan kitabları Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Yaradıcılıq Fondu tərəfindən alınaraq ölkə əhalisinin maarifləndirilməsi üçün paylanacaqdır.
Kulisin məlumatına görə Prezident yanında Bilik Fondu bu addımı ilə kitabları Bilik Fondunun hər bir rayonda fəaliyyət göstərən nümayəndələri vasitəsilə regionlarımıza çatdıracaq, Multikulturalizm Mərkəzi isə hazırda formalaşdırmaqda olduğu kitabxanasını zənginləşdirəcək, Azərbaycan Yaradıcılıq Fondu isə bu fəaliyyəti ilə xüsusən qələm adamlarına dəstək olacaqdır.
Bu qurumlar kitablarının yayılmasına dəstək göstərdiyi şəxslərin və başqa qələm sahiblərinin həm ölkəmizdə, həm də xaricdə kitablarının ictimaiyyətə tanıdılması ilə bağlı müxtəlif təqdimat tədbirləri və xüsusən Azərbaycanın gənc yazarlarının xarici ölkələrdə yaşayan gənc həmkarları ilə görüşlərini də təşkil etməyi planlaşdırır.
Sözügedən qurumlar ilk mərhələdə Qan Turalının "Doqquz hekayə" kitabını satın alaraq paylamağa qərar verib. Proses digər elm adamları və yazıçıların kitablarının satın alınması ilə davam edəcək.
“Doqquz hekayə”yə dəstək gəldi
Müəllifin son yazıları

Şair Məmməd İsmayıl vəfat etdi
16:10
19 avqust 2025

Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət
15:54
19 avqust 2025
Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən şair - Onun əsərləri niyə qadağan edilmişdi?
15:10
19 avqust 2025