Bacısı xatirə kitabına görə müğənnini məhkəməyə verdi

Bacısı xatirə kitabına görə müğənnini məhkəməyə verdi
4 fevral 2021
# 14:37

Məşhur amerikalı müğənni Mariah Keri yazdığı xatirə kitabına görə ailə üzvləri ilə məhkəməlik olub.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, müğənni Mariah Kerini anasından sonra bu dəfə bacısı Elison Keri məhkəməyə verib. Obacısının 2020- ci ildə yazdığı “The Meaning of Mariah Carey” xatirə kitabına görə mənəvi zərər gördüyünü və depresiyaya düşdüyünü bildirib. Elison Keri Mariahın kitabda ondan mərhəmətsizcə və tamamilə alçaldıcı şəkildə bəhs etdiyini deyib. Nyu York Ali Məhkəməsinə müraciət edən Elison bacısından 1.25 milyon dollar təzminanat tələb edib.

Qeyd edək ki, müğənni kitabında bacısı Elison Kerinin sərt şəkildə tənqid edib. Bacısının narkotika qarşılığında özünü satdığını, 12 yaşında olarkən ona narkotik maddə verdiyini iddia etmiş, Elisonun onun başından aşağı qaynar su tökdüyü kimi faktlar qeyd etmişdi.

# 1535 dəfə oxunub

Müəllifin son yazıları

# # #