Azərbaycanlı rəssam dünyasını dəyişdi

Azərbaycanlı rəssam dünyasını dəyişdi
19 dekabr 2020
# 11:21

Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Məhəmmədəli Ələkbərov dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, bu barədə rəssamın həmkarı Ziyadxan Əliyev məlumat verib.

Qeyd edək ki, Məhəmmədəli Ələkbərov “Əzimzadə məktəbi”ndə (1971-1977) rəngkarlıq, sonra isə Stroqonov adına Moskva Ali bədii-sənaye məktəbində (1980-1985) keramika üzrə ixtisas təhsili alıb. 1977-ci ildən müxtəlif miqyaslı sərgilərin iştirakçısı olub. Bu vaxta qədər 30-a fərdi sərgisi keçirilib.

Allah rəhmət eləsin.

# 1471 dəfə oxunub

Müəllifin son yazıları

# # #