Azərbaycanlı aktyor Türkiyədə öldürüldü

Kamran Dadaşzadə

Kamran Dadaşzadə

24 may 2022
# 10:30

Azərbaycanlı aktyor Kamran Dadaşzadə Türkiyənin İstanbul şəhərində baş verən silahlı insident nəticəsində həlak olub.

Kulis xəbər verir ki, hadisə şəhərin Fatih rayonu ərazisində baş verib. Ötən gün iki qrup arasında çıxan atışma nəticəsində biri polis olmaqla 7 nəfər yaralanıb. Bunlardan biri də Kamran Dadaşzadə olub.

Təsadüf nəticəsində hadisə yerində olan K.Dadaşzadə baş nahiyəsindən güllə yarası alıb. O, dərhal xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, aktyorun həyatını xilas etmək mümkün olmayıb.

Yaxınları Dadaşzadənin vəfat xəbərini təsdiqləyiblər

# 1953 dəfə oxunub

Müəllifin son yazıları

# # #