Azərbaycanlı alim "Qoqol" medalı ilə təltif edildi

Azərbaycanlı alim "Qoqol" medalı ilə təltif edildi
31 may 2020
# 18:41

Bakı Slavyan Universitetinin Təcrübə və məzunlarının karyera inkişafı şöbəsinin müdiri, dosent Yaşar Alxasov N.V.Qoqol medalı ilə təltif olunub.

Alim bu mükafata Azərbaycan, İran və Ukraynada rus dilinin qorunub saxlanması və inkişafına, Ukrayna ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafındakı mühüm şəxsi töhfəsinə görə layiq görülüb.

Yaşar Alxasov 40 ildən artıqdır ki, tədris, tədqiqat və inzibati işlərlə məşğul olur (rus dilinin tədrisi, konfrans, dəyirmi masa və seminarların təşkili, məktəb və universitetlər üçün rus dilinə dair normativ sənədlər, proqram və dərs vəsaitlərinin hazırlanması). O, xarici vətəndaşlar üçün bir sıra dərslik və lüğətlərin müəllifidir. Y.Alxasovun xidmətləri sırasında, həmçinin Azərbaycan, İran və Ukraynada rus dilinin qorunub saxlanması və inkişaf etdirilməsinə yönəlmiş fəal ictimai fəaliyyətini qeyd etmək lazımdır.

N.V.Qogol medalı 2012-ci ildən Ukraynanın rus dili mütəxəssislərinə “Ukraynada rus dilinin qorunub saxlanmasına və inkişafına verdiyi töhfələrə görə” verilir. Təltif olunanlar arasında Rusiya, Qazaxıstan, Moldova, Finlandiya və s. ölkələrdən olan alimlər də var. /azertag.az/

Gallery

# 2026 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #