Azərbaycan Milli İncəsənət Muzeyi azyaşlı ziyarətçilər üçün “Kölgələrin oyunu” adlı proqram hazırlayıb.
Proqram çərçivəsində balaca ziyarətçilər yay tətili boyunca hər həftənin şənbə günü saat 14:00-da milli və dünya nağılları əsasında hazırlanan vizual sənətin ən qədim növlərindən biri olan “kölgə” janrında nağıllardan ibarət kiçik tamaşaları izləmə fürsəti qazanacaqlar.
Kulis.az xəbər verir ki, bu barədə Milli İncəsənət Muzeyindən bildirilib.
“Proqrama, həmçinin milli təsviri və tətbiqi sənət nümunələri ilə bərabər, Qərb və Şərq incəsənətinin müxtəlif dövr, çeşid və üslublarını özündə ehtiva edən sənət əsərləri ilə tanışlıq da daxildir. Qeydiyyatdan keçmək mütləqdir”, - deyə məlumatda qeyd olunub.