Azərbaycanın Xalq artisti vəfat etdi

Azərbaycanın Xalq artisti vəfat etdi
27 sentyabr 2021
# 13:30

Xalq artisti Teymur Mirzəyev dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, bu barədə Rəşid Behbudov fondunun direktoru Kamil Şahverdiyev sosial şəbəkə hesabında bildirib.

O, "Qaya" estrada-simfonik orkestrinin bədii rəhbərinin fotosunu yayımlayaraq bunları yazıb:

“Bu gün ikinci üzücü xəbər də özünü çox gözlətmədi. Kanadada yaşayan gözəl bəstəkarımız Adil Bəbirovun ölüm xəbərindən sonra yəhudi dostlar daha bir acı məlumatı çatdırdılar. İsraildə yaşayan məşhur "Qaya" ansamblının yaradıcılarından biri Teymur Mirzəyev də bu gün dünyasını dəyişdi. Allah rəhmət eləsin! Yeri behişt olsun!”.

# 2450 dəfə oxunub

Müəllifin son yazıları

# # #