Amerikalı aktyor Devid Korensvet rejissor Ceyms Qann tərəfindən çəkiləcək "Supermen" filmində Supermen rolunu oynayacaq.
Kulis.az xəbər verir ki, bu barədə The Hollywood Reporter məlumat yayıb.
Aktrisa Reyçel Brosnahan isə filmdə Lois Leyn rolunu alacaq.
Hər iki sənətçi yeni filmdə baş rollar uğrunda mübarizə aparan altı namizəd arasından seçilib.
"Onlar təkcə yaxşı aktyorlar deyil, həm də gözəl insanlardır", - deyə Qann sosial şəbəkələrdə xəbərləri şərh edib.
Korensvet, "The Politician", "Hollywood" ve "House of Cards" kimi layihələri ilə tanınır. Brosnahan, "The Marvelous Mrs Maisel'in ulduzudur.
Yeni "Superman" bəlli oldu
29 iyun 2023
13:29
1019 dəfə oxunub