Azərbaycan yazıçısının pyesi Dərbənddə səhnələşdirilir

Azərbaycan yazıçısının pyesi Dərbənddə səhnələşdirilir
19 mart 2021
# 12:19

Yazıçı-dramaturq Elçin Hüseynbəylinin “İmperator” pyesi Dərbənd Azərbaycan Dövlət Dram Teatrında tamaşaya hazırlanır.

Kulis.azın verdiyi xəbərə görə, tamaşaya Kaysin Kuliyev adına Balkar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi və Dövlət mükafatı laureatı Maqomed Atmurzayev quruluş verir.

Rolları Hörmət Aslanov, Sərxan Səmədov və Tamilla Mehrabova ifa edir.

Tamaşanın bu ilin mayında premyerası gözlənilir.

Bu barədə məlumatı Teatrın direktoru, Dağıstan respublikasının Əməkdar mədəniyyət işçisi Firdovsi Əsgərov verib.

Qeyd edək ki, “İmperator” pyesinə ölkəmizdə bir neçə dəfə, müxtəlif rejissorlar tərəfindən quruluş verilib, İsveçdə həmvətənlərimiz üçün nümayiş etdirilib.

# 2030 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #