Selin Dion illər sonra səhnədə

Selin Dion illər sonra səhnədə
27 iyul 2024
# 11:19

Uzun müddətdir xəstəliyi səbəbindən səhnədən uzaqlaşan məşhur kanadalı müğənni Selin Dion Parisdə Olimpiya Oyunlarının açılış mərasimində çıxış edib.

Kulis.az xəbər verir ki, bu, sənətçinin uzun müddətdən sonra səhnədə ilk çıxışı olub.

56 yaşlı Selin Dion tədbir zamanı əfsanəvi fransalı müğənni Edit Piafın “L'hymne à l'amour” mahnısını ifa edib.

Qeyd edək ki, ifaçı sağalmaz əzələ xəstəliyindən əziyyət çəkir. S.Dion 2022-ci ilin dekabrında sosial şəbəkələr vasitəsilə öz xəstəliyi barədə məlumat verib və 2023-cü ilin mayında müalicə almaq üçün dünya turunu ləğv edib.

# 734 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #