Az TV Şuşada yayıma başladı - Fotolar

Az TV Şuşada yayıma başladı - Fotolar
25 dekabr 2020
# 17:38

Teleməkanda ilk dəfə olaraq Azərbaycan Televiziyası (AzTV) Şuşada yayıma başladı.

Bu barədə Kulis.az-a AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, Şuşada Azərbaycan Televiziyasına baxmaq və 105 FM radiosunu dinləmək mümkündür.

“Müharibə bitdikdən bir neçə gün sonra televiziyamızın yayımını bərpa etmək üçün işlərə başladıq. Ötürücü avadanlıqlar quraşdırıldı və həmin günlərdən TV-yə Şuşada baxmaq və radionu dinləmək mümkün oldu. Əsas məqsədimiz işğaldan azad olunmuş bütün torpaqlarımızda tezliklə yayımı bərpa etməkdir”, - deyə şöbədən bildirilib.

Bundan başqa, AzTV-nin Şuşa bürosunun yaradılması da nəzərdə tutulur.

# 1952 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #