Biz xarabat əhliyik... - Günün şeiri

Biz xarabat əhliyik... - Günün şeiri
17 fevral 2020
# 13:51

Bu gün Azərbaycan poeziyasında özünəməxsus dəst-xətti olan şair, qəzəlxan Əliağa Vahidin doğum günüdür. Kulis.az bu münasibətlə şairin məşhur qəzəllərdən birini təqdim edir.

Biz xarabat əhliyik, meyxanələrdən çıxmışıq,
Badələr nuş etmişik, peymanələrdən çıxmışıq.

Atəşi-qəmdən nə qorxaq kim, səməndərxislətik,
Şəmlər yandırmışıq, pərvanələrdən çıxmışıq.

İndi biz ikrah edib meydən, nəzərdən düşmüşük,
Yoxsa min-min məclisi-məstanələrden çıxmışıq.

Gah öpüb yarın ayağın, gəh dolannıq başına,
Biz pərişan zülflərtək şanələrdən çıxmışıq.

Qədrü qiymətsiz bizi zənn etmə, Vahid, arif ol,
Pürbəha gəncinəyik, viranələrdən çıxmışıq.

# 4757 dəfə oxunub

Müəllifin son yazıları

# # #