Amerikalı aktyor Tom Henks koronavirusa qarşı peyvənd yaratmaq üçün qan donoru olub.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, sənətçi onun kimi COVID-19-a yoluxmuş həyat yoldaşı Rita Vilson ilə qan bağışlayıb. Cütlüyün xlorokinlə müalicə olunduğu qeyd olunur.
Xatırladaq ki, martın 13-də 63 yaşlı aktyor, Avstraliyada olarkən həyat yoldaşı ilə koronavirusa yoluxduğunu açıqlamışdı.