Alim Qasımov Yavuz Bingöllə duet oxuyacaq

Alim Qasımov Yavuz Bingöllə duet oxuyacaq
24 dekabr 2019
# 10:25

Bu gün Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımova İstanbulda Beynəlxlaq Xalq Musiqiləri Festivalında çıxış edəcəklər.

Bu barədə Kulis.az-a məlumat verən Fərqanə Qasımova bildirib ki, bu onların sözügedən festivalda ilk çıxışı olacaq: “Düzdü əvvəllər Türkiyənin müxtəlif şəhərlərində Alim müəllimlə mənim birgə iştirakımızla konsertlər olub, amma bu festivalda bizim ilk iştirakımız olacaq. Onu da qeyd edim ki, konsertdə Türkiyənin tanınmış müğənnisi Yavuz Bingöl ilə duet ifa edəcəyik”.

Qeyd edək ki, Beynəlxlaq Xalq Mahnıları Festivalı Türkiyənin Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilir.

Gallery

# 2059 dəfə oxunub

Müəllifin son yazıları

# # #