Kukla Teatrı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Kukla Teatrı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
5 oktyabr 2020
# 18:34

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib.

Kukla Teatrından Kulis.az-a bildirlib ki, düşmən təxribatının qarşısını almaq və torpaqlarımızı azad etmək üçün öz rəşadətli missiyasını layiqincə həyata keçirən ordumuz qürur yerimizdir” fikrini şüar edən teatr kollektivi həmrəylik göstərərək Silahlı Qüvvələrə Yardım Fonduna 5000 manat vəsait köçürüb.

Sənət ocağının kollektivi ərazilərimizin azadlığı uğrunda birlik və həmrəyliyin nümayiş edildiyi, cəmiyyətə dəstəyinin zəruri olduğu hazırkı zamanda bir daha dövlət başçısı və şanlı ordumuzun yanında olduğunu bəyan edir və Vətən müharibəsində şanlı qələbəmizə inandıqlarını bildirirlər. Dövlət başçımızın da dediyi kimi, “Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

# 1439 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #