Akademikin yeni kitabı təqdim olundu

Akademikin yeni kitabı təqdim olundu
24 sentyabr 2021
# 15:20

Sentyabrın 24-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli musiqişünas-alim, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, akademik Zemfira Səfərovanın yeni nəşr olunmuş kitablarının təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə akademik Zemfira Səfərova və onun rəhbərlik etdiyi İşçi qrup tərəfindən hazırlanmış “Azərbaycanın musiqi tarixi” adlı çoxcildliyin V cildi, həmçinin alimin Şuşanın 270 illiyinə həsr edilmiş “Şuşa Azərbaycanın musiqi qalasıdır” (Azərbaycan və rus dillərində) kitabı və “Türk dünyasının Muzik Yıldızı Üzeyir Hacıbəyli” adlı monoqrafiyası musiqi ictimaiyyətinə təqdim edilib.

# 1897 dəfə oxunub

Müəllifin son yazıları

# # #