Həmidə Ömərova tamaşada oynayacaq

Həmidə Ömərova tamaşada oynayacaq
3 dekabr 2013
# 16:37

Kinoaktrisa Həmidə Ömərova teatrda premyeraya hazırlaşır. Xalq artisti Əli Əmirlinin “Hasarın o üzü” adlı pyesi əsasında hazırlanan tamaşada baş rol oynayacaq. Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən Kulis.Az-a verilən xəbərdə belə deyilir.

Tamaşada dinə baxış, insan mənəviyyatı, əxlaq prinsipləri, milli mentalitet və cəmiyyətin bu dəyərlərə münasibəti bir ailə çərçivəsində bütün kəskinliyi ilə bədii obrazlar vasitəsilə önə çəkilir.

Son məşqləri gedən tamaşanın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı Xalq artisti Səyavuş Kərimidir.

H. Ömərova ilə yanaşı baş rolda Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Nurəddin Mehdixanlı, rollarda aktrisalar Günel Məmmədova, Şəbnəm Hüseynova, Asya Atakişiyeva və Səbinə Məmmədova oynayacaqlar.

Tamaşanın premyerası dekabr ayının 21-i və 22-də baş tutacaq.

# 2164 dəfə oxunub

Müəllifin son yazıları

# # #