Akademik virusa şeir yazdı: Saxta sevgi kimidir... 

Akademik virusa şeir yazdı: Saxta sevgi kimidir... 
24 aprel 2020
# 10:40

Kulis.az akademik Teymur Kərimlinin “Əldəqayirma virus” şeirini təqdim edir.

Nanotexnologiya bizə "ərməğan" etdi -
Hüceyrəmizə girir əldəqayırma virus.
İt kimi tutur bizi, dişi-caynağı yoxdur,
Kimə sarılsa didir əldəqayırma virus.

Nə dili var, nə ağzı, nə başı, nə bədəni,
Ananı ağlar qoyur, oda salır dədəni.
Bəzən simptomsuz keçir, bəzən sarır öfkəni -
Saxta sevgi kimidir əldəqayırma virus...

23.04.2020

# 2411 dəfə oxunub

Müəllifin son yazıları

# # #