61 yaşlı şair dünyasını dəyişdi

61 yaşlı şair dünyasını dəyişdi
16 dekabr 2020
# 10:06

Tanınmış rus şairi və musiqiçi Sven Qundlak vəfat edib.

Kulis.az xəbər verir ki, 61 yaşlı şair yoluxduğu koronavirus səbəbindən Moskvada müalicə aldığı xəstəxanada dünyasının dəyişib.

Qeyd edək ki, Sven Qundlak 1959-cu ildə Moskvada anadan olub. O, Moskva Poliqrafiya İnstitutunun kitab qrafika şöbəsini bitirib.1978-ci ildə Mukhomor sənət qrupunu yaradıb. Qrup üzvləri müxtəlif janrları və sənət növlərini ələ salan tamaşalar qurur, şəkillər çəkirdi, şeirlər yazdırdı.1986-cı ildə Qundlak, Moskvanın konseptual sənətçiləri ilə birlikdə "Mərkəzi Rus Dağları" layihəsini ərsəyə gətirib..

SSRİ-nin dağılmasından sonra Sven Gundlak karyerasını dayandırdı. Öz konsaltinq firmasında işləyirdi. 2009-cu ildən Runivers şəbəkə ensiklopedik layihəsinin liderlərindən biri idi.

Hazırda sənətkarın əsərləri Dövlət Tretyakov Qalereyası, Kölndəki Lüdviq Muzeyi, Yeni Brunsvikdəki Zimmerli İncəsənət Muzeyi kolleksiyalarında saxlanılır.



# 1745 dəfə oxunub

Müəllifin son yazıları

# # #