Cavid Həsənov: "Veteran" Ən qısa hekayə

Cavid Həsənov: "Veteran" Ən qısa hekayə
19 dekabr 2013
# 20:00

Kulis.Az Cavid Həsənovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Veteran” (471 işarə) hekayəsini təqdim edir.

Avtobusa təzəcə minmişdi ki, ona oturmağı təklif etdilər. Oturmaq istəmirdi, amma kütlənin maraq dolu baxışları qarşısında təslim olub oturdu. Həyacanlı idi, getdiyi yerdə müharibə yoldaşlarını görəcəkdi.

Yenicə minmiş qadın ona doğru gəlib: “A bala utanmırsan? Niyə yer vermirsən?” - dedi.

Bu onun üçün düşdüyü minadan, ayağını itirdiyini bildiyi andan daha dözülməz idi. Qadın onun əlil olduğunu yalnız avtobusu saxladıb, düşəndən sonra bildi.

Artıq çox gec idi. Müharibə veteranı qarlı havada üzü Şəhidlər Xiyabanına tərəf piyada irəliləyirdi.

# 2184 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #