43 yaşlı aktrisa intihar etdi

Lindsi Perlman, Hollivud aktrisası

Lindsi Perlman, Hollivud aktrisası

17 avqust 2022
# 15:36

Bu ilin fevralında itkin düşən və daha sonra Hollivudda ölü tapılan 43 yaşlı amerikalı kino və teleaktrisa Lindsi Perlmanın rəsmi ölüm səbəbi ortaya çıxıb.

Kulis.az “myseldon.com”a istinadən xəbər verir ki, aktrisanın ölüm səbəbi intihar olub.

Xatırladaq ki, sənətçinin meyiti fevralın 18-də Los-Anceles polisi tərəfindən parkın yaxınlığında saxlanılan avtomobildə tapılmışdı. Pearlman sonuncu dəfə fevralın 13-də, günorta saatlarında Şərqi Hollivudda sağ görünmüşdü.

Pearlman 6 oktyabr, 1978-ci ildə Çikaqoda anadan olub. O, aktyorluq karyerasına uşaq ikən başlayıb. O, "İmperiya", "Çikaqo ədaləti", "Amerikalı evdar qadın", "Qiyamət gecəsi" və s. kimi ekran işlərində rol alıb. L.Pearlman əsasən komediya aktrisası kimi tanınırdı.

# 2234 dəfə oxunub

Müəllifin son yazıları

# # #