“Müstəqillik yollarında” kitabı çap olunub

“Müstəqillik yollarında” kitabı çap olunub
14 avqust 2019
# 16:31

Ələkbər Zahidovun “Müstəqillik yollarında” kitabı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, kitab Ələkbər Zahidovun Azərbaycan xalqının milli azadlıq hərəkatına həsr olunub.

O cümlədən 1988-ci illər azadlıq hərtəkatı vaxtı Neftçala rayonunun timsalında bütövlükdə ölkədə gedən proseslər, neftçalalıların bu yolda apardığı mübarizə, daha sonra Neftçala şəhidlərinə həsr edilmiş məqalələr də yer alır.

Kitabın elmi məsləhətçisi Xalq şairi Sabir Rüstəmxanlı, baş məsləhətçi Yunus Oğuzdur.

“Müstəqillik yollarında” kitabı Ə.Zahidovun “Ömür şərəflə yaşananda” xatirə-povestindən sonra oxucularla ikinci görüşüdür.

# 1852 dəfə oxunub

Müəllifin son yazıları

# # #