Türkiyədə itkin düşən və 4 gün sonra Belqrad meşələrində tapılan 36 yaşlı landşaft memarı Ece Gürel xəstəxanada vəfat edib.
Kulis.az xəbər verir ki, Gürel uzun müddət soyuq havada qaldığı üçün hipotermiya keçirib.
Acıbadem Maslak Xəstəxanasına aparıldıqdan sonra edilən müdaxilələrə baxmayaraq onun ürəyi dayanıb. Həkimlərin müdaxiləsi ilə həyata qaytarılan Gürel reanimasiyaya yerləşdirilib. Lakin daha sonra Gürelin öldüyü deyilib.
- Bakıda Roka həsr olunmuş fotosərgi açılacaq
- Dünyada ən çox satılan bestsellerin müəllifi vəfat etdi
- Laçında bərpa ediləcək abidələrin sayı açıqlandı
Qeyd edək ki, memarın hansı səbəbdən meşedə itdiyi bəlli deyil.