Fernan Magellan haqqında film çəkiləcək

Fernan Magellan haqqında film çəkiləcək
9 avqust 2022
# 09:40

Fernan Magellan haqqında tarixi film çəkilir.

Kulis.az “gazeta.ru” saytına istinadən xəbər verir ki, Hollivud aktyoru Denni Trexonun baş rolu canlandıracağı filmdə İspaniya dəniz səyyahı ekspedisiyasının heyəti ilə Filippinin Maktan adasının sakinləri arasında baş verən münaqişədən bəhs ediləcək.

Adanın sakinləri avropalılara tabe olmaqdan imtina edirlər, buna görə F.Magellanın başçılıq etdiyi dənizçilər ilə başçı Lapu-Lapunun ordusu arasında döyüş başlayır. Döyüş zamanı F.Magellan öldürülür və ekspedisiya onsuz başa çatdırılır.

Filmin çəkilişlərinin avqustda başlanılması planlaşdırılır. Çəkilişlər Filippinin Palavan adasında keçiriləcək. "1521" filminin premyera tarixi isə hələ açıqlanmayıb.

# 2112 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #