2300 illik tunc heykəllər tapıldı

2300 illik tunc heykəllər tapıldı
11 noyabr 2022
# 10:15

İtaliyanın Toskana şəhərində 2300 il yaşı olan 24 qədim tunc heykəl tapılıb.

Kulis.az xəbər verir ki, Toskanada termal hovuzların yerləşdiyi San Casciano dei Bagnidə aparılan qazıntılar zamanı 2300 il əvvələ aid 24 incə işlənmiş tunc heykəl aşkar edilib. Heykəllərdən 5-nin hündürlüyünün 1 metrdən çox olub. İtaliyanın ANSA agentliyinin xəbərinə görə, tunc heykəllər tapıldığı termal hovuzun dibindəki palçıq sayəsində son dərəcə yaxşı qorunub saxlanılaraq bu dövrə gəlib çatıb.

Həmin ərazidən heykəllərlə yanaşı latın dilində yazılmış çoxlu yazılar və minlərlə sikkə də aşkarlanıb.

# 1413 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #