Fransanının Mədəniyyət Nazirliyi adından "Qanun" nəşriyyatının rəhbəri Şahbaz Xuduoğluna Fransanın İncəsənət və Mədəniyyət ordenin "Cəngavər rütbəsi" təqdim olunub.
Kulis xəbər verir ki, təqdimat mərasimində Fransanın Azərbaycandakı səfiri Zakari Qross çıxış edib.
Diplomat bildirib ki, "Qanun" nəşriyyatı fransız dili də daxil olmaqla müxtəlif xarici dillərdən Azərbaycan dilinə tərcümələr edib.
- "Nar bağı"nın rejissoru qalib oldu
- Qadınlar ən çox hansı yalanları danışırlar? - Danışır Bakı
- "Döyüşə qızlar gedir" filmi təqdim olunub
"Xarici əsərlər Azərbaycan dilinə tərcümə olunaraq azərbaycanlı oxuculara çatdırılıb", o deyib.
Diplomat bildirib ki, nəşriyyat Nobel mükafatı almış yazıçıların əsərlərinin Azərbaycan dilinə tərcümə edib ki, bu da təqdirəlayiq haldır.
Təqdimat mərasimində Şahbaz Xuduoğlu da çıxış edib.