2023-cü il Türkiyədə "Aşıq Veysəl İli" elan edildi

2023-cü il Türkiyədə "Aşıq Veysəl İli" elan edildi
29 dekabr 2022
# 10:50

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ilin Türkiyədə “Aşıq Veysəl ili” kimi qeyd olunması ilə bağlı sərəncam imzalayıb.

Kulis.az xəbər verir ki, sərəncama əsasən il boyu ölkə daxilində və xaricdə ozançılıq ənənəsinin ən önəmli nümayəndələrindən biri olan böyük xalq şairi Aşıq Veysəlin həyat sevinci, təbiət və insan sevgisi, dostluq, birlik və digər mövzulardan bəhs edəcəyi tədbirlər keçiriləcək.

Qeyd edək ki, Aşıq Veysəlin vəfatının 50-ci ildönümü 2023-cü il YUNESKO-nun anım və qeyd etmə ildönümləri sırasına daxil edilib.

# 1047 dəfə oxunub

Müəllifin son yazıları

# # #