Ədəbiyyatımızın ən gözəl qəzəllərindən biri – Mətn

Ədəbiyyatımızın ən gözəl qəzəllərindən biri – Mətn
9 iyul 2021
# 10:30

Bu gün dahi Seyid Əzim Şirvaninin doğum günüdür. Kulis.az bu münasibətlə “Günün şeiri” layihəsindən şairin Azərbaycan ədəbiyyatının ən gözəl qəzəllərindən hesab olunan “Aparır” rədifli qəzəlini təqdim edir.

Xəlqin imanını gər məkrilə şeytan aparır,
O pəriçöhrə nədəndir ki, bəs iman aparır?

Ey kaman qaşlı, məni yarələdi qəmzən oxu,
Zülfünü bas yarama, qoyma, məni qan aparır.

Dil çəkər canı səri-kuyinə zibh etmək üçün,
Sanki hücac Mina dağına qurban aparır.

Zahid ol zülfidə rüxsarını gördükdə dedi,
Bu o hindübeçədir, məktəbə Quran aparır.

Geyməyə kimsə ki, meydani-məhəbbətdə kəfən,
Onu məşuqi-əzəl məhşərə üryan aparır.

Çəkməyin Seyyidi-laməzhəbi meyxanə sarı,
Kafəri Kəbə ara hansı müsəlman aparır.

# 10070 dəfə oxunub

Müəllifin son yazıları

# # #