12 min illik ərazidə qazıntı işləri başladı

12 min illik ərazidə qazıntı işləri başladı
13 avqust 2026
# 18:00

UNESCO-nun Ümumdünya İrsi Siyahısında yer alan və "tarixin sıfır nöqtəsi" kimi xarakterizə edilən 12 min illik Göbəklitəpənin ilk dəfə olaraq şimal ərazisində arxeoloji qazıntı işlərinə başlanılıb.

Kulis.az xəbər verir ki, bu haqda Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy məlumat verib.

Səth araşdırmaları və geomaqnit ölçmələr bu ərazidə iri həcmli ictimai tikililərin, dördbucaqlı planlı struktur və daxmaların varlığına işarə edir.

"Gələcəyə miras" layihəsi çərçivəsində aparılan işlərlə yanaşı, mühafizə sahələrində də qazıntılar eyni vaxtda davam etdirilir.

Buradakı tədqiqatlar zamanı Göbəklitəpənin ikinci mərhələsinə — eramızdan əvvəl 8-ci minilliyə aid dördbucaqlı planlı tikililər üzə çıxarılıb.

Qazıntı işləri ilə yanaşı, abidələrin bərpası və möhkəmləndirilməsi də həyata keçirilir.

Qeyd edək ki, C tikilisindəki daşın səthinə aid son hissələr öz yerinə bərkidilib, D tikilisində isə divarlar və mərkəzdəki iki daşın bünövrə birləşmələri polad qanadlarla zəlzələ və sarsıntılara qarşı daha təhlükəsiz vəziyyətə gətirilib.

# 77 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər