ABŞ Gürcüstanda Amerika ədəbiyyatının təbliğinə 100 min dollar ayırdı

ABŞ Gürcüstan

ABŞ Gürcüstan

13 fevral 2023
# 11:30

ABŞ Gürcüstanda Amerika ədəbiyyatını populyarlaşdırmaq qərarına gəlib.

Kulis.az xəbər verir ki, bununla bağlı ABŞ Gürcüstanda Amerika ədəbiyyatının təbliğinə 100 min dollar ayırıb.

Məqsəd amerikalı müəlliflərin bədii əsərlərini və tədqiqatlarını gürcü auditoriyası arasında daha populyarlaşdırmaqdır.

“İctimaiyyətlə Əlaqələr Departamenti, əsərlərin gürcü dilinə tərcüməsini maliyyələşdirməklə geniş ictimaiyyət, gürcü tələbələri, tədqiqatçıları üçün ən son tədqiqatların, analitik materialların və populyar müasir ədəbiyyatın əlçatanlığını artırmaq istəyir",- deyə Amerika müəllifləri nəşrinin sənədinə qeyd olunub.

Qeyd edək ki, Amerika bədii ədəbiyyatının gürcü dilinə tərcüməsində klassik və müasir, o cümlədən uşaqlar üçün yazılmış mətnlərə üstünlük veriləcək.

# 1109 dəfə oxunub

Müəllifin son yazıları

# # #