12 ildən sonra görüşdülər - Fotolar

12 ildən sonra görüşdülər - Fotolar
14 sentyabr 2023
# 14:10

"Pərvanələrin rəqsi" serialının yaradıcı heyəti 12 ildən sonra görüşüblər.

Kulis.az axşam.az-a istinadən xəbər verir ki, görüşdə Əməkdar artist Anar Heybətov, aktrisalar Sonaxanım Vəliyeva, Mətanət Əhmədova, aktyorlar Elçin Bəhramoğlu, Mətləb Səfərli və başqaları iştirak ediblər.

Aktyorlar görüşdən fotoları yayımlayaraq "Pərvanələrin rəqsi" serialından dostlarla 12 ildən sonra" şərhini yazıblar.

Qeyd edək ki, Rövşən İsaxın rejissorluq etdiyi serial 2011-ci ildə lentə alınmağa başlayıb və 2012-ci ildə ATV-də yayımlanıb. Serialda Xalq artistləri Ramiz Novruz, Pərvanə Qurbanova, Əməkdar artistlər Mehriban Abdullayeva, Anar Heybətov, aktrisa Fidan Axundova rol alıblar.

# 1042 dəfə oxunub

Müəllifin son yazıları

# # #