Rus mədəniyyət xadimləri “qara siyahı”ya salındı

Rus mədəniyyət xadimləri “qara siyahı” ya salındı
21 oktyabr 2021
# 10:00

Ukraynada 9 rus mədəniyyət xadimi ölkənin milli təhlükəsizliyinə təhlükə yaradan şəxslər siyahısına daxil edilib.

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyinin saytında məlumat yayılıb.

Siyahıda rejissor Maksim Brius, aktyorlar Vladimir İlin və Mixail Vasserbaum, yazıçı Yelena Çijova da var.

Bundan əvvəl rus müğənni Pelaqeyanın Ukraynaya girişi qadağan edilmişdi. Ölkənin təhlükəsizlik xidməti bu haqda məlumat yaymışdı. Qadağa Krımda keçirilən “Yay Kuboku Çempionları 2021” KVN festivalı ilə bağlı olmuşdu.

Eyni zamanda qadağa olunanlar siyahısında prodüser və media meneceri, aparıcı, komediya aktyoru da var.

2015-ci ildə Ukrayna Mədəniyyət Nazirliyi “milli təhlükəsizliyə təhlükə yaradan” mədəniyyət xadimlərinin, o cümlədən Rusiyadan olanların “qara siyahısı”nı hazırlayıb. Hazırda bəhsi keçən sənədə 200-dən çox adam daxildir.

# 1290 dəfə oxunub

Müəllifin son yazıları

# # #