10 Oskar namizədinin siyahısı açıqlandı

10 Oskar namizədinin siyahısı açıqlandı
22 dekabr 2022
# 10:30

Amerikanın Kino Sənəti Akademiyası “Oskar” mükafatına iddiaçıların 10 kateqoriya üzrə siyahısını təqdim edib.

Kulis.az xəbər verir ki, “Ən yaxşı tammetrajlı sənədli film” nominasiyasında mükafata mümkün namizədlərin siyahısına rejissor Daniel Roerin “Navalnı” filmi də daxildir.

Ümumilikdə, 144 sənədli filmdən bu kateqoriyada 15 film seçilib və onlardan yalnız beşi mükafata namizəd olacaq. Müraciət edənlər arasında Şaunak Senin “Nəfəs alan hər şey”, Marqaret Braunun “Nəsil”, Laura Poytrasın “Bütün gözəllik və qan tökülməsi” və digər filmlər yer alıb.

“Oskar” mükafatına “Ən yaxşı xarici film” kateqoriyasında da 15 film iddialıdır. Bundan başqa, ən yaxşı qısametrajlı sənədli film, qrim və saç düzümü, musiqi, mahnı, qısametrajlı animasiya filmi, qısametrajlı bədii film, səs, vizual effektlər kateqoriyaları üzrə də filmlərin namizədliyi irəli sürülüb.

Qeyd edək ki, 95-ci mükafatlandırma mərasimi 2023-cü il martın 12-də keçiriləcək.

# 987 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #