Fevralın 2-də Şuşa Dövlət Musiqili Dram Teatrında uşaqlar üçün “Əlibaba və qırx quldur” tamaşası nümayiş olunacaq.
Kulis.az-ın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, ərəb nağılının motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, rejissoru Lalə Şirinovadır.
Tamaşanın quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı isə Ağasəlim Feyzullayevdir.
- Lətifədən ailə üzvlərinə qadağa
- "Məni yalnız sığal çəkərək susdurmaq olar" - Xatirə İslam
- Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?
Tamaşada rolları Emin Sevdimalıyev, Türkay Cəfərli, Gündüz Qasımov, Nihad Heybətov, Zəhra Salayeva, Günel İmanova, Mobil Qurbanov və başqaları oynayırlar.