“Əli və Nino” kitabı Monteneqro dilində

“Əli və Nino” kitabı Monteneqro dilində
18 fevral 2021
# 10:30

Azərbaycan – Monteneqro iqtisadi və mədəni Mərkəzinin fəaliyyət planına uyğun olaraq, Azmont Investments şirkətinin dəstəyi ilə “Əli və Nino” kitabı Monteneqro dilinə tərcümə edilərək nəfis tərtibatda çap olunub.

Kulis.az xəbər verir ki, kitabı rus dilindən monteneqro dilinə Vlado Aşanin tərcümə edib. O, 1990-cı ildə rus dilinə Mehdi Hüseynzadə tərəfindən tərcümə olunmuş mətndən istifadə edib.

Kitabın seçilmiş qaydada yerli kitabxanalara və təhsil ocaqlarına paylanması, həmçinin növbəti kitab sərgisində təqdimatı nəzərdə tutulur.

# 1650 dəfə oxunub

Müəllifin son yazıları

# # #